Tribuna İnformasiya Agentliyi

Tehranda it gəzdirmək qadağan edildi

29 Yanvar
İranın paytaxtı Tehranda it gəzdirmək qadağan edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Tehran polis şöbəsinin rəhbəri Hüseyn Rəhimi məlumat verib. İtlərin ictimai yerlərdə gəzdirilməsi, həmçinin avtomobillərdə daşınması qadağan edilir. Rəhiminin sözlərinə görə, qərara səbəb bu canlıların insanlarda qorxuya səbəb olmasıdır.
Qeyd edək ki, ötən günlərdə Tehranda Levasan bölgəsində qadının parkda itin hücumuna məruz qalması məsələni gündəmə gətirmişdi.