Tehranda həyəcan siqnallarının işə düşməsinin səbəbi məlum oldubackend

Tehranda həyəcan siqnallarının işə düşməsinin səbəbi məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tehranın qərb hissəsində təşkilatlardan birinin sisteminin işində yaranan nasazlıq həyəcan siqnallarının işə düşməsinə səbəb olub.

TİA.AZ xəbər verir ki, bu barədə ISNA agentliyi Tehran əyalətinin rəhbərliyinə istinadən bildirib.

Agentlik qeyd edir ki, işdəki nasazlıqdan sonra sirena kəsilib. Təşkilatın adı açıqlanmır.

Daha əvvəl – şənbə günü “Jamaran” agentliyi bildirib ki, Tehranın qərb rayonlarında həyəcanın siqnallarının səsi eşidilib.