Təhqiqatçılara yeni səlahiyyətlər verildibackend

Təhqiqatçılara yeni səlahiyyətlər verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Məcəlləyə təklif olunan dəyişikliklə təhqiqatçılara yeni səlahiyyətlər verilir. Təhqiqatçı cinayət təqibini həyata keçirərkən qanunun tələblərini rəhbər tutmalıdır. Həmçinin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun göstərişlərinə və öz daxili inamına əsaslanaraq, zəruri prosessual qərarlar qəbul edir.

Öz səlahiyyətləri daxilində istintaq və ya digər prosessual hərəkətləri həyata keçirir.Təhqiqatçının hüquqları həmin Məcəllənin 86.4-cü maddəsi ilə müəyyənləşir. Maddənin doqquz bəndində təhqiqatçının hüquqları göstərilib. Həmin maddəyə əsasən, təhqiqatçı şübhəli şəxsi tutmaq, onu, zərər çəkmiş şəxsi, şahidi dindirmək, ekspertiza təyin etmək hüququna malikdir. Məcəllənin 86.4.2-ci maddəsinə təklif olunan dəyişikliklə, təhqiqatçıya şübhəli şəxsi tanınmaya təqdim etmək, baxış, axtarış, götürmə, müayinə (şəxsi müayinə), üzləşdirmə, istintaq eksperimenti kimi təxirəsalınmaz istintaq hərəkətlərini aparmaq hüququ verilir. Bundan əlavə, təhqiqatçıya şəxsi axtarış, şəxsi müayinə, ifadələrini yerində yoxlanılması, tədqiqat üçün nümunələrin götürülməsi hüququ da verilir.

Məcəlləyə dəyişikliklərin 2020-ci il iyul ayının 1-dən qüvvəyə minməsi nəzərdə tutulub.

Məcəlləyə dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.