Tədris bərpa edilir: Dövlətin atmalı olduğu zəruri addımlar… – Ekspertbackend

Tədris bərpa edilir: Dövlətin atmalı olduğu zəruri addımlar… – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Məktəblərdə bufetlərin fəaliyyəti məhdudlaşdırılmalı, sanitar qovşaqlara xüsusi diqqət edilməlidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov ali və orta məktəblərdə tədrisin bərpasından danışarkən deyib. Ekspert ilk növbədə metronun fəaliyyətinin bərpa olunmasını vacibliyini vurğulayıb:
 
“11 aylıq fasilədən sonra təhsil kütləviləşmə mərhələsinə daxil olur. Orta və ali məktəblərdə tədrisin başlaması aktiv fəaliyyətdə olan vətəndaşların sayını artıracaq. Əlbətə, bu qədər hərəkət ictimai nəqliyyatda çox ciddi sıxlıq yaradacaq. İkincisi, ali təhsil müəssisələrində xüsusi qaydalara əməl edilməlidir. Dövlət tərəfindən atılmalı bir necə zəruri addım var. Onların birincisi, ictimai nəqliyyatda yaranacaq sıxlığın aradan qaldırılmasıdır. Söhbət metronun açılmasından gedir. Metronun açılması zəruri tələb olaraq ortaya çıxır. İkincisi, bu qədər sıxlığın aradan qaldırılması üçün şagird sıxlığı müşahidə edilən ərazilərdə məktəbli avtobusları təşkil edilməlidir”.
Kamran Əsədov qeyd edib ki, bərpa olunacaq təhsil müəssisələrində atılmalı bir neçə vacib addım var:
“Orta məktəblərdə şagird sıxlığı o qədər deyil, qismən bərpa var və şagirdlər həftənin müəyyən günlərində tədris prosesinə qoşulurlar. Amma ali təhsil müəssislərində giriş-çıxışın çox, eyni zamanda insan sayının orta məktəblərdəkindən dəfələrlə çox olması dezenfeksiya işlərinin görülməsini tələb edir. Düşünürəm ki, ali tədris müəssisələrinin girişində xüsusi işarələnmələr təşkil edilməlidir”.
Ekspert onu da qeyd edib ki, ali məkrəblərdə yaşı 65-dən çox olan müəllimlər vaksinasiya prosesinə cəlb olunmalıdır: “Bu, cox ciddi məsələdir. Yaxşı olar ki, tədris prosesinə vaksinasiya olunmuş müəllimlər cəlb olunsun”.