Təbiətə 23 min manatlıq ziyan vuruldu: Sənədlər Baş Prokurorluğa göndərildibackend

Təbiətə 23 min manatlıq ziyan vuruldu: Sənədlər Baş Prokurorluğa göndərildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sabirabad rayonu, Qaragüney kəndində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb”.

TİA.AZ xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat yayıb.

O qeyd edib ki, araşdırma zamanı ağacların kəsildiyi ərazinin vətəndaş Həmid Kərimova məxsus olduğu və təbiətə 22 740 manat məbləğində ziyan dəydiyi müəyyən edilib:

“Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.