TƏBİB rəsmisi iri ticarət mərkəzləri və “Mall”arın açılması məsələsindən DANIŞDIbackend

TƏBİB rəsmisi iri ticarət mərkəzləri və “Mall”arın açılması məsələsindən DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıbsa, kitabxanaların açılmasına edə bir zərurət qalmayıb”.
Yeniavaz.com xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, iri ticarət mərkəzlərinin açılması aparılacaq təhlillərdən asılıdır.
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov qeyd edib ki, iri ticarət mərkəzləri və “Mall”ar üçün qadağalar qüvvəsində qalır: “Bu obyektlərdə yoluxma təhlükəsi çox böyük olduğuna görə bu obyektlərin açılması hələ dayandırılıb. Yumşalma prosesində yoluxmalar artır. Ona görə də insanların karantindən çıxma prosesində davranışları daha çox özünü qoruma vərdişləri olmalıdır. Bu halda iri ticarət mərkəzlərinin açılması doğru getmək olar. Amma yoluxma hallarının artması iri ticarət mərkəzlərinin açılmasına imkan vermir”.