TƏBİB-dən peyvənd olunmalı şəxslərlə bağlı vacib açıqlamabackend

TƏBİB-dən peyvənd olunmalı şəxslərlə bağlı vacib açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həm paytaxt, həm də regionlarda yaşı 65-dən çox olanların peyvənd olunması onların qeydiyyatda olduğu poliklinikalarda aparılır.

TİA.AZ xəbər verir ki, bunu Trend-ə TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva deyib.

Onun sözlərinə görə, insanlar növbəlilik prisnipinə əməl etməklə poliklinikalarda peyvənd oluna bilərlər.

N.Mustafayeva qeyd edib ki, 65 yaşlı şəxslər internet üzərində görüş saatı müəyyən edərək poliklinikaya müraciət edə bilər:

“Ancaq bu, o demək deyil ki, görüş saatı almadan peyvənd oluna bilməzsən. Şəxs peyvənd olunmaq üçün poliklinikaya telefonla zəng edərək gedə bilər. Poliklinikaya birbaşa gedənlər də geri qaytarılmayacaq. Amma görüş saatını müəyyən etmək həm tibb işçiləri, həm də peyvəndə görə müraciət edən şəxs üçün rahat olacaq”.