TƏBİB-də yoxlamalar aparılır – RƏSMİbackend

TƏBİB-də yoxlamalar aparılır – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hesablama Palatasının Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB)  yoxlamalara başladığına dair məlumatlar yayılıb.

Hesablama Palatasının mətbuat katibi Nailə Qazıyeva Modern.az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.

Əlavə məlumat verilməyib.

Qeyd edək ki, TƏBİB Prezident İlham Əliyevin 21 dekabr 2018-ci il tarixli fərmanı ilə yaradılıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin 2 dekabr 2019-cu ildə imzaladığı əmrlə Ramin Bayramlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri təyin edilib.