“Teatrlar açılmalıdır və bu vacibdir” – ÇAĞIRIŞbackend

“Teatrlar açılmalıdır və bu vacibdir” – ÇAĞIRIŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Teatrlar açılmalıdır və bu vacibdir”.

Bunu açıqlamasında Əməkdar artist İlqar Cahangir Mədəniyyət Nazirliyinin teatrların açılması ilə bağlı Operativ Qərargaha ünvanladığı müraciətdən danışarkən deyib. Aktyor nazirliyin qərarını alqışladığını vurğulayıb:

“Biz nə qədər etirazımızı bildirsək də, eşitmirlər, amma teatrın böyüyü Mədəniyyət Nazirliyidir. Əgər nazirlik teatrların açılması üçün Orerativ Qərargaha müraciət edirbsə, biz aktyorlar da onu dəstəkləyib, alqışlayırıq. Pandemiya və müharibə dövründə insanlar çox travma aldılar, istirahət üçün məkan tapmadılar. Teatr belə bir məkandır ki, insanlar ora gələndə rahatlaşır, mənəvi qida alır. Teatrlarda 200-500 nəfərlik yerlər var. Qoy 100 nəfərə icazə versinlər, amma teatr açılsın, pandemiyanın tələbi olan sosial məsafə də qorunsun, lap belə maskada otursunlar, təki insanların istirahət etməyə bir yeri olsun”.

Aktyor hesab edir ki, Mədəniyyət Nazirliyinin bu addımı atmasında aktorların da rolu olub:

“Neçə gündür ki, aktyorlar teatrın açılması üçün mətbuata müsahibələr verirlər. Görünür ki, bunun rolu oldu. Müəyyən teatrlar, yaxud da fərd olaraq bəzi aktyorlar ola bilər desin ki, “əşi belə yaxşıdır, teatrlar açılmasın, işləmirəm, pulumu alıram”. Amma onlarla məsələ yekunlaşmır, gənclər var ki, səhnəyə çıxmaq istəyir, tamaşada oynamaq istəyir. Onlara nə deyək? Mədəniyyət Nazirliyinin qərarı düzgündür və mən onu dəstəkləyirəm. Gözləyirik ki, teatrlar oktyabr ayından fəaliyyətə başlayacaq”.