TBMM millət vəkilləri – İbrahim Aydəmir və Yaşar Karadağ Milli Məclisin deputatı Məşhur Məmmədovun qonağı olubbackend

TBMM millət vəkilləri – İbrahim Aydəmir və Yaşar Karadağ Milli Məclisin deputatı Məşhur Məmmədovun qonağı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.AZ xəbər verir ki,19 oktyabr tarixində, Türkiyə Milli Məclisi (TBMM) Millət vəkilləri – AK Partiya Ərzurum millət vəkili İbrahim Aydəmir, MHP Iğdır millət vəkili Yaşar Karadağ
Azərbaycan Milli Məclisinin deputatı Məşhur Məmmədovun qonağı olublar. Görüş əsnasında, millətvəkili Məşhur Məmmədov, TBMM millətvəkilləri İbrahim
Aydəmirə və Yaşar Karadağa Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətininin və Türkiyə Böyük Millət Məclisi
millətvəkillərinin Bakıya səfərindən məmnunluq duyduğunu bildirib.

Millət vəkili Məşhur Məmmədov, Türkiyəli millətvəkilləri ilə söhbəti əsnasında, bu səfərin Azərbaycan dövləti və xalqımız üçün olduqca önəm kəsb etdiyini, xüsusi məna daşıdığını, 83 milyonluq Türkiyə xalqının dəstəyinin Azərbaycan xalqı üçün xüsusi önəm daşıdığını, ölkələrimizin beynəlxalq aləmdə bir-birinə ən yaxın olan ölkələr olduğunu, həm Türkiyə Cumhurbaşkanı Rəcəb Tayyip Ərdoğan başda olmaqla, TBMM sədri, nazirləri, millətvəkilləri və hər gün dünyaya verdiyi açıqlamaların Türkiyənin Azərbaycana göstərdiyi qardaşlıq və həmrəylik münasibətinin təzahürü olduğunu vurğulayıb.
Millətvəkili eyni zamanda, qardaşlıq mövqelərinə və gəlişlərinə görə, Ərzurum millət vəkili İbrahim Aydəmir və Iğdır millətvəkili Yaşar Karadağa səmimi
təşəkkürlərini ifadə edib. Hər birimizə məlumdur ki, respublikamızın dilbər guşələrindən olan Qarabağ
füsunkar təbiəti, heyrətamiz musiqisi, qədim abidələri, nadir cins atları ilə yanaşı, həm də nəfis xalçaları ilə dünyada tanınır. Sonda, millətvəkili Məşhur Məmmədov Ərzurum millətvəkili İbrahim Aydəmir və Iğdır millətvəkili Yaşar Karadağa Azərbaycan dekorativ tətbiqi sənətinin nadir
incilərindən olan, üzərində 8 guşəli türk dövlətlətlərinin rəmzi sayılan, dekorativ naxışlı mini xalça hədiyyə etdib Xatirə fotosu çəkilərək, görüş sona yetib.