Tayvan liderindən Ukraynaya dəstək: Bir aylıq maaşını bağışlayacaqbackend

Tayvan liderindən Ukraynaya dəstək: Bir aylıq maaşını bağışlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Tayvan lideri Tsay İnven humanitar yardım səylərini dəstəkləmək üçün bir aylıq maaşını Ukraynaya bağışlayacağını açıqlayıb.
TİA.AZ xəbər verir ki, “Focus Taiwan”ın məlumatına görə, Demokratik Tərəqqi Partiyasının iclasında çıxış edən Tsay Ukrayna xalqının qətiyyətinin Tayvan xalqını hərəkətə gətirdiyini bildirib.
Həmçinin Tsay qeyd edib ki, o, Baş nazir Uilyam Lai ilə birlikdə bir aylıq maaşını Ukraynaya bağışlayacaq.
Məlumata görə, Tayvan Ukraynaya 27 ton tibbi ləvazimat göndərib və Rusiya ilə minimal ticarət əlaqələrinin olmasına baxmayaraq, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarda iştirak edib.