Tribuna İnformasiya Agentliyi

Tarkandan çoxdan gözlənilən müjdə

09 Dekabr

Tarkan 15 mahnıdan ibarət olan yeni albom çıxartmağa hazırlaşır. 

Tarkan 15 mahnıdan ibarət olan yeni albom çıxartmağa hazırlaşır.

TİA.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni iki mahnısının artıq hazır olduğunu söyləyib. Albom mart ayında işıq üzü görəcək.

Tarkan albomda sözləri Aysel Gürelə, musiqisi isə özünə aid olan bir neçə mahnı ilə yanaşı, Nazan Önce, Sezən Aksu və Mazhar Alansondan aldığı mahnılara da yer verəcək.

Xatırladaq ki, Tarkan pop mahnıların yer aldığı “Adımı Qəlbinə Yaz” adlı son albomunu 2010-ci ildə, ötən ilin mart ayında isə türk sənət musiqisi əsərlərindən ibarət olan “Əhdə vəfa” albomunu təqdim edib.