Tarixin zibilxanası – Türkmənbaşının lazımsız büstü ayaqlara dolaşır…backend

Tarixin zibilxanası – Türkmənbaşının lazımsız büstü ayaqlara dolaşır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkmənistanda, oxşayır ki, ilk prezident Saparmurat Niyazovun şəxsiyyətinə pərəstişi unudublar.

Təşkilatlardan birinin həyətində «Turkmen.news» nəşrinin müxbiri torpaq üzərində «bütün türkmənlərin atası»nın ayaqlara dolaşan büstünü aşkarlayb.

«Marıysk vilayətindəki təşkilatlardan birinin həyətində gipsdən olan hansısa büst ayaqlara dolaşır. Onun kimə məxsus olduğunu bilmək üçün uzun müddət tamaşa etmək lazım gəlmir. O, Saparmurat Atayeviç Niyazovundur – müstəqil Türkmənistanın birinci prezidentinin» – materialda deyilir.

Saparmurat Niyazov 1985-ci ildən respublikanı idarə edib – əvvəlcə Kommunist Partiyası MK-nin birinci katibi, sonra isə prezident kimi, 1999-cu ilən isə ömürlük prezident kimi.

Niyazovu türkmənbaşı (bütün türkmənlərin başçısı) və ya sərdar (rəhbər) adlandırıblar. Yaxınları onun əllərini öpüb, Saparmuradı «əbədi böyük Saparmurat» deyə, çağırblar. O, 2006-cı ildə vəfat edib.

İndi isə ölkədə Qurbanqulu Berdımuhəmmədovun şəxsiyyətinə pərəstiş hökm sürür.