Tribuna İnformasiya Agentliyi

Tarixi hadisə: NASA-nın “InSight” zondu Marsa eniş etdi (VİDEO)

27 Noyabr
NASA tərəfindən Marsa göndərilən “InSight” kosmik robotu planetin səthinə eniş edib.
Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, “InSight” Mars səthinə eniş edən zaman siqnal göndərib. Layihəni həyata keçirən NASA laboratoriyası enişi alqışlarla qarşılayıb. “InSight” Eliziy vulkanik təpəsinin cənubundakı düzənliyə enib.
“InSight” kosmik zondu Marsın daxili quruluşunu tədqiq edəcək. Bu günə qədər belə araşdırma yalnız Yerdə həyata keçirilib. Robotda quraşdırılmış texnika 2 aylıq hazırlıqdan sonra  3-5 metr dərinlikdə qazma işləri aparacaq. Tədqiqatın sonunda Marsın 4,6 milyard illik tarixi ilə bağlı məlumatların əldə edilməsi gözlənilir.
Qeyd edək ki, “InSight” Marsda 728 gün tədqiqat aparacaq.
ABŞ dövlət katibi Mayk Pens hadisə ilə bağlı sosial şəbəkə hesabında paylaşaraq NASA-nı təbrik edib.