Tribuna İnformasiya Agentliyi

Tarixdə ilk dəfə kilsə rəhbəri qadın olacaq

14 May

Kanadada Anqlikan kilsəsinin rəhbəri tarixdə ilk dəfə qadın olacaq

Trend-in məlumatına görə, xanım Melissa Skelton Britaniya Kolumbiyası vilayətində və Yukon ərazisində kilsənin arxiyepiskopu və mitropoliti olacaq.
Bu yeni postla yanaşı, M.Skelton Nyu Uestminster şəhər yeparxiyasında yepiskop vəzifəsində çalışmaqda davam edəcək.
Qeyd edək ki, M.Skelton ABŞ-da vəkil ailəsində anadan olub. Bundan əvvəl, o, “Proctor & Gamble” və “Tom`s of Maine” şirkətlərində ticarət markasının idarəçisi olub.