Tarif Şurası benzin və dizelin pərakəndə satış qiymətlərini dəyişməyibbackend

Tarif Şurası benzin və dizelin pərakəndə satış qiymətlərini dəyişməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tarif (qiymət) Şurası bu gün keçirilən növbəti iclasında Azərbaycanda “AI-92” markalı avtomobil benzininin və dizelin pərakəndə satış qiymətlərini dəyişməyib.

Bu barədə Tarif Şurasından bildirilib.
“İclasda benzin və dizel üzrə təchizat tariflərinin müəyyən olunmasına dair Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılıb və aparılan tarif dəyişikliyi benzinin və dizelin pərakəndə satış qiymətlərinə təsir göstərməyəcək və həmin məhsulların mövcud pərakəndə satış qiyməti dəyişmir”, məlumatda deyilir.

Qeyd edilib ki, məsələ ilə bağlı ötən müddət ərzində müvafiq təhlil işləri aparılmış və bu cür halların aradan qaldırılması məqsədilə benzin və dizel üzrə pərakəndə satış qiyməti müvafiq olaraq 1 litr üçün 1 manatr və 0,80 manat səviyyəsində əvvəlki kimi saxlanılmaqla tarif zəncirində dəyişiklik edilərək topdasatış və pərakəndə satış üzrə təchizat tariflərinin ayrılıqda müəyyən olunması məqsədəuyğun hesab olunub.

Azərbaycanda “AI-92” markalı avtomobil benzini və dizel yanacağı Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunur.