Tanrı Türkü Qorusun!backend

Tanrı Türkü Qorusun!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Beynəlxalq qurumların və təşkilatların  bu vandalizmə, vəhşiliyə səssiz qalmaları onu bir daha sübut etdi ki, “demokratiya” deyilən anlayış onlar üçün istədikləri ölkəyə təzyiq vasitəsindən başqa bir şey deyil!

Bildiyiniz kimi sentyabr ayının 27-dən Azərbaycan Respublikasının Ordusu  işğalçı siyasəti yürüdən ermənistanın quldur hakimiyyətinin quldur ordusuna qarşı əks hücuma keçmişdir. Nəticədə düşmən tapdağından 78 yaşayış məntəqəsi azad edilmişdir. Bundan qəzəblənən quldur ordusu Azərbaycanın cəbhə xəttindən 70-100 km aralıda yerləşən şəhər və kəndlərini bombalamış və bombalamaqda da davam edir. 10-larla  Azərbaycanın mülki şəxsləri həlak olmuş və yaralanmışlar. Eyni zamanda da insanlarımıza və dövlətimizə xeyli miqdarda mülki ziyan verilmişdir.

Döyüş meydanında Azərbaycan əskəri ilə üzbəüz vuruşmağa gücü və cəsarəti çatmayan bu şərəfsiz quldur ordu artıq 1 aya yaxındır ki, mülki şəxsləri bombalayıb qətlə yetirir. “İnsan  hüquq və azadlıqları” haqqında bu günə qədər tərtib edilib bağlanmış bütün beynəlxalq müqavilə və konvensiyalara tüpürən bu azğın milli mənsubiyyəti  hələ də dəqiq bəlli olmayan bu varlıqların önünə çıxıb “dur” deyən yoxdur. Biz isə hələ də beynəlxalq aləmdən nə isə umuruq , nə isə gözləyirik. Ermənistana açıq şəkildə dəstək verən ATƏT-in MİNSK qurupunun düzgün və net siması indi açıldı.Bu açıq idi , lakin indi tam şəkildə aydın göründü. Və aydın oldu ki, niyə görə bu günə qədər Qarabağ problemi öz həllini tapmamışdır.

Mən hələ 2009-cu ildə bəyanatla çıxış edərək bu qurumun əhəmiyyətsiz bir quruma çevrildiyi barədə ölkə ictimaiyyətinə açıqlamalarda bulunmuşdum. Lakin o dövrlərdə bəzi “üzdıniraq” sözdə “siyasətçi”lər mənə qarşı çıxmışdılar. Bizim bir problemimiz var. Nədir? Biz axı niyə görə deyə bilmirik ki, Qarabağı işğalda saxlayan Rusiyadır və bu 30 ildə başımıza gələn bütün faciələrin də əsl səbəbkarı da odur? Mən birinci Qarabağ savaşının iştirakçısı kimi tam məsuliyyəti ilə deyə bilərəm ki, o zamanlar bizimlə döyüş meydanında döyüşənlər, məhz ruslar idi.Gözlərimizlə görürdük.

Fransızlar isə ermənistana muzdlu snayperçilər göndərirdi. Rusdan qorxuruqmu? Xeyir, bəs onda niyə? Yaxşı, qoy dövlət səviyyəsində olmasın, ancaq ölkə ictimaiyyətinin fəalları desin.Onlar da dillənmirlər axı?!  “Demokratiyanın beşiyi” adlandırılan Avropa erməni vandalizminə və vəhşiliyinə səssiz qalmaqla onu bir daha sübut etdi ki, “demokratiya” deyilən anlayış onların əlində kiçik və gücsüz dövlətlərə qarşı işlədilən təzyiq vasitəsidir. Biz Azərbaycan türkləri anlamalı idik ki, bizim problemimizi bizdən başqa heç kim həll etməyəcəkdi.

Və nəhayət ki, də anladıq. Bu gün Avropanın təkidi ilə ermənistan kimi quldur, yalançı, bir  dövlətlə heç bir kompromisə getmək olmaz.Cənab Prezident çox doğru buyurdu ki, əvvəl  işğalda olan torpaqlarımız azad edilsin sonra hər hansısa bir masaya otura bilərik. Azərbaycanda avropapərəst, iranpərəst, ruspərəst insanlara, təşkilat  və qurumlara üzümü tutub demək istəyirəm ki, baxın “dayday”larınızın siması tam şəkildə bəlli oldu və sizin də idbar sifətinizi hər bir Azərbaycan vətəndaşı tanıdı.

Azərbaycana insan hüquq və azadlıqlarından dərs keçən Avropa, hardasınız, ölmüsünüz? Gəncəyə gəlin, Tərtərə gəlin, Ağdama gəlin dinc əhalinin durumuna bir baxın.Kor gözləriniz görsün ki, insan hüquq və azadlıqları necə pozulur. Mən Avropa deyilən bir qitəni tanımıram və tanımaq belə istəmirəm. Dünənə qədər adi toyuq oğrularının başını kəsən, yandıran , (inkivizisiya) bu avropalılar bu gün Şərqdə ilk demokratik bir ölkə quran bizlərə insan hüquqlarından dərs keçə bilməz. İnsan hüquq və azadlıqlarını da biznesə çevirən Avropa Birliyi özü hər tərəfdən dağılmağa məhkumdur. Dağılacaq da. Biz isə yolumuza davam edirik.Nə qədər çətin olsa da biz bu yolda yürüməyə davam edəcəyik. Nə demişlər: Doğru yol gedənin yükü ağır olar.!  Bu gün hər kəs  siyasəti buraxmalı və Ali baş Komandanın ətrafında sıx birləşməlidir. Başqa yol yoxdur. Və fürsətdən istifadə edib mən, Azərbaycanın bütün qeyrətli kişilərini bu mənfur köpək sürüsünə qarşı mübarizəyə səsləyirəm.! Tanrı Türkü Qorusun,Amin.!!!

Türk Dünyası Problemləri İnstitutu (TDPİ) başqanı Azad Qazi Başbuyuran