Tribuna İnformasiya Agentliyi

Tanınmışlar nədən qorxub? – Maraqlı faktlar

07 Avqust

Qorxu uşaqlıqda yaşanan xoşagəlməz hadisələr, yaxud müəyyən yaşda keçirilən güclü stresslə bağlı ola bilər. Tarixi şəxsiyyətlər də belə hallardan sığortalanmayıb.

“Qafqazinfo” xarici mediaya istinadən məşhurların fobiyalarını təqdim edir:

10 yaşından ölkəni idarə edən I Pyotr tarakanlardan qorxub. Onun digər fobiyası isə hündür tavanlar və geniş otaqlar olub. Elə bu səbəbdən az qala boyu 2 metrə çatan Pyotr alçaq tavanlı xudmani evdə yaşamağa üstünlük verib.

Çar III Aleksandr yüksəklikdən və insan kütləsindən qorxub. Elə bu səbəbdəndir ki, o, tez-tez paradları və bayramları ləğv edirdi.

İosif Stalin zəhərlənməkdən qorxub. O həm də aviaqəzadan qorxduğu üçün təyyarəyə minməyib. Bundan başqa, Stalin yatmaqdan belə qorxurmuş. Yalnız orqanizmi yuxusuzluğa tab gətirməyəndə yuxuya gedirmiş.

Nikolay Qoqol diri-diri basdırılmaqdan qorxub. Ümumiyyətlə, ölümdən qorxan Qoqol zəhərlənmə ehtimalı səbəbindən dərman belə qəbul etməyib.

Sergey Yeseninin ən böyük qorxusu sifilis xəstəliyinə yoluxmaq olub. Şairin ikinci qorxusu isə polis geyimli insanlar idi. Polis əməkdaşı Blyumkinlə qalmaqaldan sonra o, Yeseninə atəş açıb. Həmin vaxtdan üzərindən silahı əksik etməyən Yesenin bununla belə polis geyimində birini görəndə təşvişə düşürdü.

Vladimir Mayakovski infeksiyaya yoluxmaqdan ehtiyat edib. Bu səbəbdən kiminləsə əllə görüşdükdən sonra dərhal əlini sabunlayırmış. Cibində isə hər zaman yod gəzdirib. Qapıların dəstəyini kağız və ya dəsmalla tutan Mayakovski bərbərə gedərkən saç ustasına bütün avadanlıqları dezinfeksiya etdirirmiş.

Rəssam Mixail Vrubel gözəl qadınlardan qorxub. Gəncliyində sevgi facisəi yaşadıqdan sonra bıçaqla ürəyinə zərbə endirən rəssam həmin vaxtdan gözəl qadınlar qarşısında fobiyaya düşürdü.