Tanınmış ziyalılar Təhsil nazirinə müraciət ünvanlayıb – MƏTNbackend

Tanınmış ziyalılar Təhsil nazirinə müraciət ünvanlayıb – MƏTN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir qrup ziyalı, yazar və ictimai fəal gənc şair, müəllim Allahşükür Ağa ilə bağlı Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayevə müraciət edib.

TİA.AZ xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli nazir,

Ağayev Allahşükür Güləhməd oğlu (Allahşükür Ağa) 1991-ci il, 18 iyulda, Saatlı rayonunun Əhmədbəyli (keçmiş Telmankənd) kəndində anadan olub. 2008-ci ildə Əhmədbəyli kənd tam orta məktəbinin məzunu olub. 2013-cü ildə Azərbaycan Müəllimlər İnstitutunun Filologiya fakültəsini bitirib. Uşaqlıq illərindən yaradıcılıqla məşğul olub, şeirlər yazmağa başlayıb. “Mənim qəmli dünyam”, “Qəlbimdən gələn səslər ”, “Quşlara, buludlara, uşaqlara” adlı şeir kitablarının müəllifidir.

Hazırda Əhmədbəyli kənd tam orta məktəbində Azərbaycan dili və Ədəbiyyat müəllimi vəzifəsində işləyir. ”Ocaq” qəzetinin bölgə müxbiridir. Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) və AYB-nin üzvüdür. 2017- ci ildə Prezident təqaüdünə layiq görülüb.

Allahşükür Ağa şeirlərində vətənpərvərlik və milli dəyərlər mövzusuna hər zaman geniş yer verib. Yazıçılar Birliyinin bütün mətbu orqanlarında müntəzəm olaraq çap olunur. Tanınmış tənqidçilər dəfələrlə onun yaradıcılığını incələyib, haqqında müsbət fikirlər bildirib. Ədəbi və ictimai işlərdə hər zaman fəallıq göstərib. Dəfələrlə şeir yarışmalarının qalibi olub, həmçinin müəllimlik fəaliyyətində də xeyli uğurlar qazanıb. Şagirdləri ən yaxşı ali məktəblərə yüksək nəticə göstərərək qəbul olublar. Bir neçə elmi məqalənin müəllifidir.

Hörmətli nazir,

Təhsil hər bir dövlətin, xalqın həyatında mühüm rol oynayır. Sağlam və parlaq gələcəyə gedən yol güclü, mükəmməl təhsildən başlayır. Məhz buna görə də ölkənin bir qrup ziyalısı, ictimai fəalı və yazarları sizdən dəyərli həmkarımız Allahşükür Ağayevin Saatlı Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə layiq görməyinizi xahiş edirik.

Biz inanırıq ki, Allahşükür Ağayev kimi işıqlı ziyalılarımız göstərilən etimadı böyük məsuliyyət və dəqiqliklə gedə biləcək, Saatlı rayonunun təhsil həyatında saysız-hesabsız irəliləyişlər və nailiyyətlər qazanmasında əlindən gələni əsirgəməyəcək.

Müraciəti aşağıdakı ziyalılar imzalayır:

Əsəd Cahangir- “Azərbaycan” jurnalının baş redaktorunun müavini, tənqidçi,

Cavanşir Yusifli-filologiya elmləri doktoru, tənqidçi,

Savalan Talıblı- Analoq.az saytının baş redaktoru,

Faiq Balabəyli jurnalist, şair, “Müstəqil.az” saytının təsisçisi,

Oğuz Ayvaz-şair,

Adilə Nəzər – Filologiya üzrə fəlsəfə doktoru, şair, AYB-nin üzvü,

Səfa Rəşid- şair, YYSQ-nun İspaniya təmsilçisi,

Dayandur Sevgin-şair, AYB-nin üzvü

Namiq Hacıheydərli-şair, AYB-nin üzvü,

Fərid Hüseyn-şair, AYB-nin üzvü,

Emin Piri- şair, AYB-nin üzvü,

Həsən Kür-şair,

Faiq Hüseynbəyli – şair, AYB-nin üzvü,

Narıngül Nadir – şair, jurnalist, AYB-nin üzvü,

Aysel Xanlarqızı Səfərli – şair, AYB-nin üzvü, “Müstəqil.az” saytının redaktoru,

Qismət Məsim-şair

Gülnarə Sadiq-şair, AYB-nin üzvü,

Ulucay Akif-şair, AYB-nin üzvü,

Nərgiz İsmayılova- Filologiya üzrə fəlsəfə doktoru, şair,

Şəfa Vəli-şair, AYB-nin üzvü,

İradə Aytel-şair, jurnalist, AYB-nin
Üzvü,

Nuranə Nur-şair, AYB-nin üzvü,

Pərvin Behbudov -kompüter mühəndisi,

Zahid Məmmədli-müəllim,

Zahid Hüseynoğlu -müəllim,

Oruc Muradov- müəllim,

Əfsanə Rəvan-şair, AYB-nin üzvü,

Vüsal Məmmədov-müəllim,

Rəcəb Zeynalov-müəllim,

Taleh Mansur-Şair, AYB-nin üzvü

Etibar Qoca-Rəssam, şair”