Tanınmış Türk yazıçısı vəfat edibbackend

Tanınmış Türk yazıçısı vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türk ədəbiyyatının tanınmış nümayəndəsi Demir Özlü vəfat edib.

Uzun illərdir Stokholmda yaşayan 85 yaşlı yazıçı, fevralın 13-də ürək tutmasından dünyasını dəyişib.

Demir Özlü 1935-ci il sentyabrın 9-da İstanbulda doğulub.

Uşaqlıqdan şeirlər yazmağa başlayan Demir Özlü, 1959-cu ildə İstanbul Universitetinin Hüquq Fakültəsində təhsil alıb. 1961-62-ci illərdə isə Sorbonna Universitetində fəlsəfə təhsili alıb, Türkiyəyə qayıdan mərhum yazıçı 1971-ci ildə həbs edilib. Ağır günlər yaşayan Demir Özlü 1979-cu ildə Türkiyədən baş götürüb, Stokholma köçür. 1980-ci ildə Türkiyədə baş verən hərbi çevrilişdən sonra yazıçını vətəndaşlıqdan çıxarırlar. Mərhum yazıçı Vətəninə 1989-cu ildə qayıda bilir. Həmin tarixdən etibarən İstanbul və Stokholmda yaşayan Demir Özlü, “Bunaltı”, “Soluma”, Boğuntulu Sokaklar”, “Öteki Günler Gibi Bir Gün”, “Bir Uzun Sonbahar”, “Bir Küçükburjuvanın Gençlik Yılları” , “Aşk ve Poster”, “Bir Beyoğlu Düşü” , “Berlin’de Sanrı” və.s. roman və hekayə kitablarının müəllifidir.

Mərhum yazıçının bacısı Tezer Özlü və Sezer Duru da tanınmış yazıçı və tərcüməçi kimi məşhurdur.

Ülviyyə Həsənqızı

Tanınmış Türk yazıçısı vəfat edibTanınmış Türk yazıçısı vəfat edibTanınmış Türk yazıçısı vəfat edibTanınmış Türk yazıçısı vəfat edib

Tanınmış Türk yazıçısı vəfat edib

Tanınmış Türk yazıçısı vəfat edibTanınmış Türk yazıçısı vəfat edibTanınmış Türk yazıçısı vəfat edibTanınmış Türk yazıçısı vəfat edib