Tribuna İnformasiya Agentliyi

Tanınmış sovet rejissoru Mark Zaxarov vəfat edib

28 Sentyabr

Görkəmli rus rejissoru, “Lenkom” teatrının rəhbəri, SSRİ xalq artisti Mark Zaxarov vəfat edib.

TİA.AZ-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə M.Zaxarovun rəhbərlik etdiyi teatrın direktoru Mark Varşaver xəbər verib.

Qeyd edək ki, M.Zaxarov rejissor kimi uğurlu işlərin, o cümlədən “Yunona və Avos”, “Toy”, “Fiqaronun toyu”, “Albalı bağı” kimi teatr tamaşalarının və “12 stul”, “Həmin Münhauzen”, “Sevginin formulu”, “Sviftin tikdiyi ev” filmlərinin müəllifidir.