Tribuna İnformasiya Agentliyi

Tanınmış şirkətin direktoru təyyarə qəzasında öldü

25 İyul
Rusiyanın Novosibirsk şəhərindən Tomsk şəhərinə uçan “Cirrus” model təyyarə qəzaya uğrayıb.
TİA.AZ  xəbər verir ki, qəza nəticəsində təyyarənin pilotu ölüb. Ölən şəxsin “Transsevvis” şirkətinin həmtəsisçisi və direktoru olduğu bildirilir.
Şirkət sözügedən məlumatı təsdiq etməsə də, inkar da etməyib.
Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.