Tanınmış pediatrdan KORONAVİRUS AÇIQLAMASIbackend

Tanınmış pediatrdan KORONAVİRUS AÇIQLAMASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pediatr Aytən İsmayılzadə koronavirusla bağlı yayılan səs yazılarına münasibət bildirib.

Intime.az xəbərinə görə, o, səs yazısı yayan şəxsləri qınayıb: “Biləydim ki, bu yalan mesajları, səsləri kim göndərir! Yayan hər kimdirsə guya camaata yanır, amma çox vicdansız adamdı”.

Dr.A.İsmayılzadə bildirib ki, hamilələrə, süd verən analara stress keçirmək olduqca ziyanlıdır: “O stress koronavirusdan betərdir. Ümumiyyətlə, stress hər kəs üçün zərərlidir. Hiperkortizolemik vəziyyətdə olursuz, yəni həmişə qanda stress hormonları yuksək səviyyədə qalır, bu isə xərçəng belə törədər. Elə immunitetin birinci düşməni stresdir. Özünüz stresli vəziyyətdə zəif immunitetlə hər cür ağır xəstəlik tutarsınız, nəinki virus.”

Sarımsaq bol-bol yemək virusla mübarizə deyil. Əksinə, sarımsaq antibiotik kimidir, artıq miqdarda mikrofloranı öldürür, mikrobiom zəiflədiyində immunitet də düşür. “Exinacea” və s tərkibli immunitet dərmanlarını istifadə edib immuniteti aktiv saxladığınızı düşünmək də səhvdir. Bu tip bitkilər leykositlərin interferon hasiletmə gücünü artırır, amma bu immunitetin “yorulmasına”, “tükənməsinə” gətirr. Genetik olaraq kim hansı immunitet gücünə sahibdirsə, onunla yaşayır, onunla döyüşür. Bizə düşən onu aktiv etmək deyil, onu zəifləməkdən qorumaqdır” – deyə, pediatr əlavə edib.

Həkim bildirib ki, ölkədə qrip virus infeksiyasından sətəlcəm ağırlaşması ilə ölən az deyil: “Bütün virus növləri özünə görə müəyyən təhlükə daşıyır. Koronavirus gəldisə hər kəs öləcək deyə bir şey yoxdur. Gərginliyi azaldaq, bir az rahat olaq. Hər virus infeksiyasından ölüm də ola bilir, sağalmaq da. Stress isə geridönüşsüz hüceyrə ölümü verir. Stresə girməyin!”

Dr.Aytən İsmayılzadə virusdan qorunma ilə bağlı tövsiyələr verib.

– sağlam qidalanaq
– şəkər az yeyək
– meyvə tərəvəzi öldürmədən yeyək
– trans yağlar, marqarini bədənimizə az daxil edək
– sağlam kalorili qidalanaq
– probiotik qəbul edək
– antibiotikdən uzaq olaq
– təmiz havada olaq
– üşüməyək, soyuq almayaq

Sual: Bəs Koronavirusdan qorunmaq üçün nə edək!?
Cavab: Xüsusi heç nə! Yaxın kontakdan uzaq olmaq, gigiyenaya əməl edin.