Narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunan meyxanaçı Cavid Babaşovun ( Sumqayıtlı) cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
TİA.AZ-ın APA-ya istinadən xəbərinə görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasan Cavid Babaşov narkotik satışında təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Prokuror ittiham olunan şəxsə 9 il həbs cəzası istəmişdi.
Xatırladaq ki, Cavid Babaşov bir il əvvəl Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Cavid Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin dövriyyəsi qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham elan edilərək, barəsində həbs qətimkan tədbiri seçilib.
Onu da əlavə edək ki, ittiham olunan şəxs Cavid Sumqayıtlı tanınmış meyxanaçıdır.