Tribuna İnformasiya Agentliyi

Tanınmış jurnalist qəfil dünyasını dəyişdi

25 Dekabr
Tanınmış jurnalist Gündüz Nəsibov vəfat edib.
TİA.AZ Publika.az-a istinadən xəbər verir ki, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin tərkibində fəaliyyət göstərən Analitik qrupun rəhbəri, 1967-ci il təvəllüdlü Gündüz Nəsibov ötən gecə qəfil vəfat edib. O, infarktdan dünyasını dəyişib.
Qeyd edək ki, Gündüz Nəsibov həm də 1905.az saytında redaktor idi. 1967-cı ildə Qazaxın Aslanbəyli kəndində anadan olub, Politexnik İnstitutunu və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutlarını bitirib. Müxtəlif qəzetlərdə redaktor olan Gündüz Nəsibov həm də bir neçə kitabın müəllifidir.