Tanınmış jurnalist “Azərpoçt”u oğurluqda ittiham etdi- FOTOFAKTbackend

Tanınmış jurnalist “Azərpoçt”u oğurluqda ittiham etdi- FOTOFAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Jurnalist Xəyalə Əziz Fərəcova “Azərpoçt” u tənqid edib. TİA.AZ xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında yazıb:

“Bundan sonra heç bir halda “Azərpoçt”a etibar etməyin!!!Mən Bakıdan Beyləqana 1,315 qr həcmində məhsul yollamışam. İçində 3 məhsul olub, yolladığım ünvana cəmi 2-si çatıb. Bunu isbat etməyə fotosübutlar! Əgər doğrudan da 3 ədəd yox, 2 olubsa, qutunun çəkisi niyə 1,315 gəlmir. İtən məhsul isə cəmi 100 qram həcmində idi, qutusu ilə nəzərə alsaq 200-250 ml həcmində.

Yolladığım ünvana çatan qutunun arxasını belə əziblər, bir ucunu çıxartmaqla içindəki məhsulu rahatlıqla götürüblər. Çünki “Azərpoçt’a məxsus bağlamaların heç vaxt içindən skoçlanmır. İtən məhsulun 120 manat dəyəri var. Etibar etdiyim qurum mənə dəyən ziyana görə cavab verməlidir!!!”

TİA.AZ