Tribuna İnformasiya Agentliyi

Tanınmış jurnalistə AĞIR İTKİ üz verib

15 Aprel
Tanınmış jurnalist Anar Niftəliyevə ağır itki üz verib.Anar Niftəliyevin anası Güllübəyim Niftəliyeva uzun sürən xəstəlikdən sonra bu gün  vəfat edib.
Bakupost.az-ın məlumatına görə, Güllübəyim Niftəliyevanın beyninə qan sızıb. Mərhumə bir gün komada qalıb, bu gün isə keçinib.
G.Niftəliyevanın yas mərasimi aprelin 16-da Şamaxının Şıxzahirli kəndində olacaq.
Qeyd edək ki, A.Niftəliyevin qardaşı, tanınmış aşıq Vüqar Mahmudoğlu da ötən ilin yanvar ayında dünyasını dəyişmişdi.
Jurnalistin xanımı, tənqidçi Elnarə Tofiqqızı da 2013-cü ildə “Medi Sina” klinikasında əməliyyat zamanı vəfat etmişdi.