Tanınmış həkim-pediatrdan şəhid və qazi övladlarına nümunəvi addım – FOTObackend

Tanınmış həkim-pediatrdan şəhid və qazi övladlarına nümunəvi addım – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış həkim-pediatr Günay Rəsulova nümunəvi addım atıb.

TİA.AZ xəbər verir ki, bu barədə G.Rəsulovanın özü sosial şəbəkələrdə məlumat paylaşıb.

“Şəhid və Qazilərimizin övladlarına Həkim-Pediatr kimi ömürlük təmənnasız xidmət edəcəyəm. O körpələr bizə əmanət!

Bu, borcumdur və mən sadəcə borcumu yerinə gətirirəm.

Dəyərli dostlar, xahiş edirəm bu postu maximum repost edəsiniz ki kimin tanışlığında varsa, bu körpələri mənə yönləndirsin.

Paylaşaraq bu təşəbbüsə dəstək göstərən hər kəsə öncədən təşəkkür edirəm”, – G.Rəsulova bildirib.