Tanınmış dietoloqdan şok xəbərdarlıq: mədəkiçiltmə xərçəngə aparır, arıqlama tabletləri isə…backend

Tanınmış dietoloqdan şok xəbərdarlıq: mədəkiçiltmə xərçəngə aparır, arıqlama tabletləri isə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illər arıqlamaq istəyənlər mədənkiçiltmə əməliyyatına üstünlük verirlər. Amma əməliyyata girmədən, dieta saxlamaq və dietik qidalanmalarla da   kəskin ariqlamaq mümkündür.
Bu haqda tövsiyələrini bölüşən dietoloq-doktor Nərminə Mahmudovanın sözlərinə görə, dünyada hər 9 nəfərdən biri nəinki artıq çəkidən, hətta piylənmədən əziyyət çəkir. Dietoloqun fikrincə, dünya əhalisinin sayı durmadan artır, bu qədər insanı qida ilə təmin etmək üçün təbii ki, süni qidalardan, geni modifikasiya olunmuş məhsullardan, trans və rafinə qidalardan istifadə edilir. Həkim qeyd edir ki, bu da həm böyüklərdə, həm də uşaqlarda artıq çəki problemi yaradır.
Yalnız idmanla çəki atmağın zərərli olduğunu deyən dietoloq arıqlamağın 5 qızıl qaydasını açıqlayıb :
1. Bol miqdarda su içmək
2. Fiziki aktivliyi təmin etmək
3. Stressdən uzaq olmaq
4. Normal yuxu rejimi
5. Düzgün qidalanmaq

N. Mahmudovanın sözlərinə görə, gündə azı 2,5 l su içmək şərtdir. “Bunun formulu isə hər kiloqrama 30 qram su içməkdir. Bu zaman yalnız təmiz qazsız, şəkərsiz, qaynanmamış su nəzərdə tutulur, yəni gün ərzində içdiyimiz çaylar, şirələr və s. ora daxil deyil. Su bağırsaqlarda toplanmış toksinləri təmizləyir. Təbii qidalardan istifadəyə üstünlük vermək lazımdır. Arıqlamaq istəyənlər ətdən imtina etməməlidirlər. Qırmızı ətdən, toyuq ətindən qorxmaq lazım deyil. Qaraciyəri piyləndirən karbohidratlardan, meyvələrdən və şəkərdən çəkinmək lazımdır. Proteinli qidalar qaraciyəri isə yağlandırmır. Tərəvəzli, yulaflı qidalardan, lifli bitkilərdən istifadə etmək lazımdır. Bunlar kələm, kök, çuğundur, boranı, lobya, noxuddur”-deyə dietoloq arıqlamağın yollarını göstərir.
N.Mahmudova arıqlamağa təsir edən hormonlar barədə də danışıb: “Stress, əhval-ruhiyyə çəkiyə təsir edən vacib amildir. Bədənimizdə xoşbəxtlik hormonu – “endarfin seratanin” deyilən hormon ifraz edən sehirli hipofiz hormonu var. Stress zamanı bu hormonun sintezi azalır və insan yemək yeyərək bu hormonu təmin etməyə çalışır. Yuxu məsələsi də çox vacibdir. Ən azı gün ərzində 8 saat yatmaq lazımdır. Bizim yuxuda da arıqladığımız sübut olunub.
Əməliyyat, möcüzəli dietlər, diet tabletləri və ac qalmaq çəki şkalasındakı rəqəmləri azaltmağa yardımçı ola bilər, lakin bu metodlar sağlamlıq üçün ciddi çətinliklərə səbəb ola bilər”.
Dietoloq sağlam insanlara arıqlamağın unikal üsullarını da göstərib. N Mahmudova təəssüf edir ki, mədə kiçiltmə əməliyyatı ilə bağlı maarifləndirmə çox aşağı səviyyədədir: “Çoxu bunu sırf arıqlamaq üçün edilən əməliyyat kimi başa düşür. Hətta hədsiz çox kilosu olmayan belə, bu əməliyyata qaçır, nəticədə tez də olmasa, sonradan onun fəsadlarıyla qarşılaşır. Əslində isə bu əməliyyatı morbid piylənməsi olanlar etdirə bilər. Morbid piylənməsi ölümcül piylənmə deməkdir. Yəni piylənmə həddi o qədər yüksəkdir ki, ürək çatışmazlığı və digər fəsadlar verərək, xəstəyə həyati təhlükə yaradır. Həmin şəxs tez bir zamanda piylənmədən qurtulmalıdır ki, ölməsin. Azərbaycanda o formada piylənmədən əziyyət çəkən insanlar isə barmaqla sayılacaq qədərdir. Bu hal daha çox ABŞ-da müşahidə olunur, nəinki Avropa və Asiya qitəsində. O ki qaldı mədəkiçiltmə əməliyyatının mədə xərçənginə səbəb olmasına, bəli, ola bilir. Ümumiyyətlə, mədə xərçənginin yaranma risklərindən biri də əməliyyat olunmuş mədədir. Əməliyyat olunmuş mədə bir müddət sonra da olsa, öz fəsadını verəcək. Bunu mən yox, tibbi protokollar deyir”.