Tanınmış baş redaktor və ailəsi koronavirusa yoluxdubackend

Tanınmış baş redaktor və ailəsi koronavirusa yoluxdu

Tanınmış jurnalist, “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev və ailəsi koronavirusa yoluxub.
Tia.az xəbər verir ki, jurnalist özü bu haqda məlumat verib:
“Koronavirus infeksiyası ilə mübarizə aparan xəstələrin sırasına mən və ailə üzvlərim də qoşuldu. Kompyuter tomoqrafiyası ilə aparılan müayinələr ağciyərlərimin hər iki payında buzlu şüşə aşkarladı. Müalicə “Neftçilər” xəstəxanasında davam etdirilir.
İlham Quliyev tezliklə sağalacaqlarına ümid etdiyini deyib: “Çətinliklərə və ağrılara baxmayaraq, nikbinlik. Tezliklə virusla mübarizəni qazanıb, normal həyata qayıdacağımıza inanırıq. Özünüzü qoruyun”
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki