Tribuna İnformasiya Agentliyi

Tanınmış aparıcı mətbuat katibi təyin olundu

17 May
İctimai Televiziyanın şöbə müdiri və aparıcısı Vəsilə Vahidqızı Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi vəzifəsinə təyin olunub.
Diasporla iş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumatda bildirilib.
Vəsilə Vahidqızı İTV-də bir sıra aktual mövzularla yanaşı, diaspor mövzusunda da müzakirələrin aparıcısı olub. Bundan sonra da Dövlət Komitəsi dünyanın müxtəlif ölkələrindəki diaspor təşkilatları, Azərbaycan icmaları və ayrı-ayrı soydaşlarımızın fəaliyyəti bağlı ictimaiyyəti məlumatlandırmaqda davam edəcək.
Dövlət Komitəsi İTV ilə birgə ixtisaslaşmış televiziya proqramını tamaşaçılara təqdim etməyi planlaşdırır. Bu layihə çərçivəsində Vəsilə Vahidqızı İTV ilə əməkdaşlığını davam etdirəcək.
TİA.AZ xəbər verir ki, Modern.az-ın məlumatına görə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Anons şöbəsinin rəisidir.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də, Space TV-də və “İnternyus-Azərbaycan” şirkətində çalışıb.
“Azərbaycan teleməkanında kanal reytinqinin müəyyənləşdirilməsində sosial-psixoloji amillər (İTV-nin təcrübəsi əsasında)” mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib, filologiya üzrə fəlsəfə doktorudur.
2015-ci ildə kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Həsən bəy Zərdabi mükafatı laureatıdır.