Tribuna İnformasiya Agentliyi

Tam yeni Hyundai-ların Azərbaycan qiymətləri elan edildi

13 Sentyabr

“Hyundai Motors” şirkətinin Azərbaycanda rəsmi idxalçısı “Auto Azərbaycan” şirkəti Tam Yeni Santa Fe avtomobilinin satışına başlayıb.

TİA.AZ xəbər verir ki, Tam Yeni Santa Fe modelinin başlanğıc qiyməti 57 min 600 manatdır.

Bir SUV olan Santa Fe əsl ailə avtomobilidir.

Azərbaycanda Santa Fe 3 komplektasiyada təqdim olunur.

-Family 2.4 MPi (EU ~ EU6) 6 AT ötürücü tipli AWD (5 oturacaqlı)

-Premier & Premium 2.4 GDi ( EU2 ~ EU6c) 6 AT ötürücü tipli, AWD (7 oturacaqlı)

-2.2 CRDi (EURO2, EURO3) 8 AT ötürücü tipli, AWD ( 7 oturacaqlı)

Daha ətraflı: http://www.hyundai.az/santafe/

 

“Auto Azərbaycan” şirkəti Tam yeni Hyundai Veloster avtomobilinin də satışına başlayıb. Bu modelin qiyməti 50 min 800 manatdır.

 

İdmansayağı sedan olan Veloster 1 komplektasiyada təklif olunur: Qamma 1.6 T-GDI 7A/T (DCT)