Tribuna İnformasiya Agentliyi

İtaliyanın XİN rəhbəri Azərbaycana gəlir

03 Noyabr

Noyabrın 7-8-də İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Gentiloni Azərbaycanda rəsmi səfərdə olacaq. 

Noyabrın 7-8-də İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Gentiloni Azərbaycanda rəsmi səfərdə olacaq.


İtaliyanın Azərbaycandakı səfirliyindən TİA.AZ-a bildiriblər ki, səfər çərçivəsində nazirin yüksək səviyyəli görüşləri nəzərdə tutulur.

Görüşlərdə ikitərəfli və beynəlxalq əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılacaq.

Xarici işlər və beynəlxalq əməkdaşlıq nazirini səfər zamanı italiyalı iş adamları müşayiət edəcək. Səfər çərçivəsində Azərbaycan ilə İtaliya arasında 


iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi planlaşdırılır.