Tribuna İnformasiya Agentliyi

İtaliyada anti-Azərbaycan verilişi bağlandı

01 Dekabr

İtaliyanın “Rai 3” telekanalında yayımlanan anti-Azərbaycan ideyaları ilə seçilən “Report” verilişi bağlanılıb.  
İtaliyanın “Rai 3” telekanalında yayımlanan anti-Azərbaycan ideyaları ilə seçilən “Report” verilişi bağlanılıb. 

TİA.AZ xəbər verr ki, Milena Qabanellinin müəllifi və aparıcısı olduğu veriliş Azərbaycanla bağlı qərəzli, kəskin və haqsız mövqe tutduğuna görə layihənin bağlanılması barədə qərar qəbul edilib.

Ötən gün sonuncu dəfə yayımlanan verilişdə Milena Qabanelli tamaşaçılarla sağollaşıb. Məlumata əsasən verilişin İtaliyanın digər aparıcı telekanallarında yayımlanmasına icazər verilməyib. Nəticədə Qabanelli öz anti-Azərbaycan verilişini daha aşağı reytinqli kanallara təklif etməli olub.

Həmçinin, məlum olub ki, anti-Azərbaycan təbliğatının yer aldığı “Report” verilişi İnternetdə əsasən erməni lobbisinin üzvləri tərəfindən dəstəklənib və yayılıb.

Bundan əlavə, kanal və verilişlə bağlı 300 milyon manat dəyərində məhkəmə iddialarının olduğu deyilir. Qərəzli və haqsız mövqeyə görə “Report” verilişi və “Rai 3” telekanalı müxtəlif şəxslər tərəfindən mənəvi ziyana görə məhkəməyə verilib.

Görünən budur ki, Qabanelli bütün sərhədləri aşıb. Azərbaycana həsr olunan növbəti “araşdırma” əsl təxribat idi və bunu ona bağışlamadılar. Təbii ki, indi anti-Azərbaycan cəbhəsində “Bakının italyan kanalını alması” barədə uydurma məlumatlar yayılır. Heç şübhəsiz ki, Azərbaycanın verilişin bağlanması ilə heç bir əlaqəsi yoxdur. Verilişin bağlanması ilə bağlı qərar kanalın özü tərəfindən qəbul olunub. Belə bir çirkin şounu efirə verməklə həm telekanal, həm də ölkə özünü etibardan salırdı. Efir vaxtı zamanı bu qədər yalanın yayımlanmasını başqa heç bir yerdə görmək mümkün deyil.

Mikrofon önündə Xədicə İsmayılova, Əli Kərimli kimi anti-Azərbaycan mövqeli, radikal müxalifət təmsilçilərinin çıxış etməsi verilişin səviyyəsini aşağı salır və onu böhtanın mənbəyinə çevirirdi.