Tribuna İnformasiya Agentliyi

İtaliya NATO-dan çıxır, Fələstini tanıyır…

19 Aprel

İtaliyanın 5 Ulduz Partiyası parlament seçkisindən öncə xarici siyasət proqramını ictimaiyyətə təqdim edib. 

İtaliyanın 5 Ulduz Partiyası parlament seçkisindən öncə xarici siyasət proqramını ictimaiyyətə təqdim edib.

TİA.AZ xəbər verir ki, yeni proqramında partiya qalib gələcəyi təqdirdə İtaliyanı NATO və onun bütün hərbi proqramlarından çıxaracağını bildirib. Təşkilat Alyansı soyuq müharibə dövrünün qalığı adlandırıb.

Partiya həmçinin İtaliyaya Avropa Birliyi tərkibində geniş muxtariyyat verilməsini, ABŞ-la AB arasındakı Transatlantik Ticarət və İnvestisiya Əməkdaşlığı razılaşmasından və Kanada ilə azad ticarət razılaşmasından imtina edilməsini istəyir. 5 Ulduz, həmçinin, Rusiyaya qarşı sanksiyaların dayandırılmasının, BRİKS-lə əlaqələrin artırılmasının və Fələstinin 1967-ci il sərhədlərinin tanınmasının tərəfdarıdır.

Qeyd edək ki, İtaliyada parlament seçkisi 2018-ci ildə keçiriləcək. 5 Ulduz Partiyası hazırda ictimaiyyətin 32,3%-nin dəstəyinə sahibdir və bunun sayəsində digər partiyaları qabaqlayır.

5 Ulduz Hərəkatı özünün populist bəyanatları ilə seçilir. Beppe Qrillonun rəhbərlik etdiyi hərəkat TAP qaz kəmərinin əsas əleyhdarlarından biridir. Hərəkat artıq ölkənin cənubunda bununla bağlı etirazlara da başladıb.