“Taliblər” Pəncşirə hücum zamanı ağır itkilər verərək geri çəkiliblərbackend

“Taliblər” Pəncşirə hücum zamanı ağır itkilər verərək geri çəkiliblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanda “Taliban” silahlıları ötən gecə iki istiqamətdə Pəncşir vadisinə hücum edib.

TİA.AZ  xəbər verir ki, bu barədə “taliblər” əleyhinə milli müqavimət cəbhəsinə istinadən yerli KİV bildirib.

“Taliblər iki istiqamətdə – Baqlan əyalətində Andarob vadisi, həmçinin Cabal-üs-Sirac şəhəri istiqamətində ön cəbhə postlarına hücüm etdilər. “Taliblər”in hücumu xüsusi çətinlik olmadan dəf edilib”, – mənbə bildirib.

Onun sözlərinə görə, “taliblər” Andarob istiqamətində 85 nəfər itki veriblər, həmçinin 108 nəfər yaralanıb. Cabal-üs-Sirac istiqamətində döyüşlərdə isə “Taliban”ın 12 silahlısı öldürülüb, 26 nəfər yaralanıb.

Mənbə qeyd edib ki, Pəncirin müdafiəçiləri arasında da yaralılar var.

“Taliblər” hələlik xəbəri şərh etməyiblər.