Taliblər Əhməd şah Məsudun oğluna təslim olması üçün 4 saat vaxt veriblərbackend

Taliblər Əhməd şah Məsudun oğluna təslim olması üçün 4 saat vaxt veriblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı hələ də tabeliklərinə keçmədiyi Pəncşir vilayətində müqavimət hərəkatını elan edən Əhməd Məsuda (məşhur komandir Əhməd şah Məsudun oğlu) təslim olması üçün 4 saat vaxt veriblər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Al-Arabiya” saytı məlumat yayıb.

Ultimatumun rədd olunması halında radikal dinçilər hücum edəcəklərini bildiriblər. Əhməd Məsud isə öz növbəsində “Taliban”la siyasi danışıqlar aparmağa hazır olduğunu söyləyib.

O, Əfqanıstanda ekstremist iqtidarın formalaşmasının “qəbuledilməz” olduğunu vurğulayıb.

Qeyd etmək lazımdır ki, taliblərin Əhməd Məsuda mesajlarının çatıdırılması üçün Rusiya diplomatlarına müraciət etməsi maraq doğurub.

Xatırladaq ki, Əfqanıstanın şimalında “Taliban”a qarşı hərbi qruplaşma artıq bir müddətdir formalaşıb. “Əl-Ələm” telekanalının məlumatına əsasən burada keçmiş vitse-prezident Əmrulla Salehə tabe olan hərbi birləşmələr də yer alıb.