“Taliban” üzvləri fotoqrafı öldürüb, maşınla üzərindən keçdilər – FOTObackend

“Taliban” üzvləri fotoqrafı öldürüb, maşınla üzərindən keçdilər – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Taliban” ölkəni ələ keçirdikdən sonra Əfqanıstanda qətl hadisələrə səngimək bilmir.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Əfqanıstanda nəzarəti ələ alan “Taliban” Reuters-in fotoqrafını, “Pulitzer” mükafatı laureatı olan Danish Siddiqi öldürüb sonra onun üstünə avtomobil sürüb və cansız bədənini parçalayıblar.
İki uşaq atası olan fotoqraf Danish Siddiqinin “Taliban” və Əfqanıstan qüvvələri arasındakı qarşıdurmanı lentə almaq istəyərkən qəlpə parçasının ona dəyməsi nəticəsində yaralandığı və “Talibanın” əlinə keçdiyi iddia edilir.
Qeyd edək ki, bundan əvvəl məşhur Əfqanıstan komediyaçısı Nazar Məhammad aka Khasha da “Taliban” tərəfindən qaçırıldıqdan sonra boğazından kəsilərək öldürülmüşdü. İnsanları güldürməyin “haram” olduğu səbəbilə “Taliban” tərəfindən öldürülən Məhəmmədin videosunda komediya ustasının bir neçə dəfə “Taliban” üzvləri tərəfindən bir avtomobillə əzişdirilməsi anları da yer almışdı.