“Taliban” qadınlara çağırış etdi: “Sizinlə necə davranacağımızı bilmirik, evdə qalın!”backend

“Taliban” qadınlara çağırış etdi: “Sizinlə necə davranacağımızı bilmirik, evdə qalın!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün mətbuat konfransı keçirən “Taliban”ın mətbuat katibi Zabihullah Mücahid Əfqanıstanda yeni tədbiq olunacaq qaydalarla bağlı açıqlamalar verib.

TİA.AZ xəbər verir ki, qadınların bir müddət evdə qalmasını tövsiyə deyən “Taliban” sözcüsü bununla bağlı yeni qərarın da tətbiq olunacağını bildirib:

“Təhlükəsizlik qüvvələrimiz qadınlarla necə rəftar edilməsi mövzusunda təhsil almayıb, bəziləri qadınlarla necə danışacağını bilmir. Bu qərar qadınlara qarşı neqativ əməllərin qarşısını almaq üçün nəzərdə tutulub”.

Həmçinin evdə qalacaq qadınların işlərindən uzaqlaşdırılmayacaqlarını və maaşlarının kəsilməyəcəyini bildirib.

BBC-nin araşdırmasına görə, Əfqan qadınları mövcud vəziyyətdən olduqca narahatdır. Məlumata görə, qadınlar kütləvi şəkildə işlədikləri yerlərdən çıxardılır, onların bəzilərinə isə öz işlərini kişi qohumları ilə əvəz etməli olduqları bildirilib.

Taliban həmçinin ölkədəki əfqanların Kabil hava limanına girməsinə də icazə verməyəcəyini açıqlayıb.