Taliban Heratı aldı, qubernator sarayında şərab şüşələriylə “döyüşdü”backend

Taliban Heratı aldı, qubernator sarayında şərab şüşələriylə “döyüşdü”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Taliban Herat valisinin sarayında çoxlu sayda şərab şüşəsi ələ keçirib.
Qaynarinfo xəbər verir ki, bu haqda Rusiya mediası yazıb.
İslamda spirtli içkilərin istifadəsi qadağan edildiyindən, qubernatorun iqamətgahının binasını ələ keçirən Taliban şərab şüşələrini məhv etməyə başlayıb. Lakin yaydıqları videodan da görünür ki, silahlılar bunu son dərəcə ağılsız və cahil formada ediblər.
Twitter-də yerləşdirilən video görüntülərdə Talibanın şərab şüşələrini iqamətgahın həyətində yerə ataraq sındırmağa çalışdığını görürük. Lakin yaraqlılar butulkaları asfalt səthinə yox, otun içinə atdığından, şüşələrin çoxu sınmır. Sonra başqa bir silahlı aşağı düşür və şüşələri yerə vurur. Həyətin şüşə qırıntıları ilə dolmasının təhlükəli olması onların ağlının ucundan belə keçmir.
Xatırladaq ki, Taliban bir gün əvvəl Əfqanıstanın ölkənin şimal-qərbində yerləşən ən əhəmiyyətli şəhərlərindən olan Heratı ələ keçirib. Şəriət qanunları hərəkatın yaraqlılarının işğal etdiyi ərazilərdə qadınların sərbəst hərəkətinə məhdudiyyətlər qoyulub, o cümlədən spirtli içkilərin istifadəsinə icazə verilmir.