“Taliban”dan qaçmaq istəyən millinin futbolçusu faciəvi şəkildə həlak oldu – FOTObackend

“Taliban”dan qaçmaq istəyən millinin futbolçusu faciəvi şəkildə həlak oldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstan millisinin gənc futbolçusu Zəki Ənvəri ölkəni tərk etmək istəyərkən həyatını itirib. 

TİA.AZ xəbər verir ki, bu barədə jurnalist Babək Taqvay şəxsi “Twitter” səhifəsində məlumat yayıb.

Daha əvvəldə bu üsulla qaçmaq istəyən bir neçə Əfqanıstan vətəndaşının həyatını itirməsi ilə bağlı xəbərlər yayılmışdı.

Məlumatda bildilir ki, gənc futbolçu ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-17A nəqliyyat təyyarəsinin eniş mexanizm bölməsinə dırmaşaraq ölkədən çıxmağa cəhd edib. Sonradan həmin bölmədə futbolçunun cəsədini tapblar.

Xatırladaq ki, 15 avqustda “Taliban” yaraqlıları Kabil şəhərinə girib, daha sonra Əfqanıstanda “müharibənin bitdiyini” elan edib.