“Taliban” beynəlxalq ictimaiyyəti Əfqanıstanı yenidən qurmağa kömək etməyə çağırırbackend

“Taliban” beynəlxalq ictimaiyyəti Əfqanıstanı yenidən qurmağa kömək etməyə çağırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Taliban” beynəlxalq ictimaiyyəti Əfqanıstanı yenidən qurmağa kömək etməyə çağırır.
APA-nın xəbərinə görə, bu barədə “Taliban”ın sözçüsü Zuhail Şahin Çinin CGTN televiziyasına müsahibəsində deyib.
O bildirib ki, “işğal dövrü”ndən sonra Əfqanıstan yeni bir mərhələyə qədəm qoyub və indi beynəlxalq ictimaiyyətin bu ölkəyə kömək etməsi lazımdır.
“Əfqan xalqının beynəlxalq ictimaiyyətinn köməyinə ehtiyacı var. Səhiyyə, təhsil və digər əsas sahələrdə onlar bizə kömək etməlidirlər”, -deyə “Taliban” sözçüsü bildirib.
O, həmçinin ölkələri Əfqanıstanın mədən sektoruna sərmayə qoymağa çağırıb. “Dünya ölkəmizin mədənlərini araşdırmağa gələ bilər, bu dəvət bütün ölkələr üçündür və bu kritik zamanda bizə kömək edən hər bir ölkəni qiymətləndiririk”, – Şahin deyib.
Xatırladaq ki, avqustun 15-də “Taliban” paytaxt Kabilə daxil olub, Prezident Əşrəf Qani ölkədən qaçaraq BƏƏ-də sığınacaq alıb. Pəncşir vilayəti istisna olmaqla bütün Əfqanıstan “Taliban”ın nəzarətindədir.