“Taliban” ABŞ hərbçilərinin ölkədən çıxması üçün son tarixi açıqladı: “Əks halda…”backend

“Taliban” ABŞ hərbçilərinin ölkədən çıxması üçün son tarixi açıqladı: “Əks halda…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Taliban” ABŞ ordusunun Əfqanıstandan son çıxarılma müddəti kimi 31 avqust tarixini açıqlayıb. 
TİA.AZ xəbər verir ki, silahlılar təxirə salınmanı “işğalın uzadılması” kimi qəbul edəcəkləri ilə bağlı xəbərdarlıq edib. Əks halda ABŞ-a “nəticənin” nə olacağını vəd ediblər.
“Bu, qırmızı xəttdir. Prezident Bayden bütün hərbi qüvvələrini 31 avqustda geri çəkəcəklərini açıqlayıb. Buna görə də çıxışı uzatsalar, bu, lazım olmasa da, onların işğalı uzatmaları anlamına gələcək”, – hərəkatın nümayəndəsi Süheyl Şahin bildirib.
Daha əvvəl, “Taliban” qruplaşmasının Əhməd Məsudun başçılıq etdiyi yerli əhalinin onlara qarşı üsyan qaldırdığı Pəncşir əyalətini mühasirəyə aldığı bildirilmişdi. Məsud terrorçularla mübarizəsi ilə məşhurlaşan Əfqanıstanın milli qəhrəmanının oğludur. Məlumdur ki, devrilmiş Əfqanıstan hökumətinin nümayəndələri Pəncşirdə gizlənirlər.
Qeyd edək ki, “Taliban” 15 avqustda Əfqanıstanın bütün ərazisini nəzarətə götürüb. Onlar Kabula savaşmadan daxil olub və öz bayraqlarını prezident sarayının üzərinə qaldırıblar. Silahlılar yeni hökumət qurmaq və ölkədə idarəetmə formasını müəyyən etmək niyyətindədirlər.