Taleh atasını öldürdüyü qızla 4 ay əvvəl evlənibmişbackend

Taleh atasını öldürdüyü qızla 4 ay əvvəl evlənibmiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, ötən gün Bakının Suraxanı rayonunda kürəkən qayınatasını bıçaqlayaraq qətlə yerib.

“Qafqazinfo” cinayət hadisəsi ilə bağlı bəzi məlumatları əldə edib.

Əldə etdiyimiz məlumata görə, qətli törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Taleh Heydərov qayınatası 1978-ci il təvəllüdlü Qabil Qənbərovla birgə tikintidə fəhlə işləyirmiş. Taleh 4 ay öncə hadisə nəticəsində ölən Qabil Qənbərovun qızı ilə evlənib.

Yaxınları onların mehriban münasibətləri olduğunu bildiriblər. Bu səbəbdən belə bir hadisənin baş verməsi qohumların da təəccübünə səbəb olub.

Qeyd edək ki, faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Taleh Heydərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.