Taksi sürücülərindən İNANILMAZ ETİRAFLAR: “Bir erməninin yaratdığı şirkət…”-VİDEObackend

Taksi sürücülərindən İNANILMAZ ETİRAFLAR: “Bir erməninin yaratdığı şirkət…”-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəqliyyat vasitələri həyatımızın ayrılmaz bir parçasıdır, desək daha doğru olar. İnsanların işə, səyahət etdikdə rahatlıqla istədikləri yerə çatdırılmasında ictimai və şəxsi nəqliyyat vasitələri böyük rol oynayır. Bəzən yollarda yaranan tıxac nəticəsində insanlar işə tez bir zamanda çatmaq və təcili hallar baş verdikdə taksilərdən istifadə etməli olurlar. Həqiqətən də taksilər istədiyimiz yerə vaxtında çatmaqda çox böyük rol oynayır.

Lakin Azərbaycanda taksi fəaliyyətinin təkmilləşdirilməsinə ehtiyac var. Həm qiymət fərqliliyi, həm də keyfiyyət baxımından bu sahədə müsbət yeniliklərin edilməsi zəruri hesab olunur. Xüsusilə tərcübəsiz sürücülərin şirkətlərdə taksi fəaliyyətinə cəlb olunması zaman-zaman qəzalara gətirib çıxarır ki, bu da vətəndaşları ciddi narahat edir.

Sərnişinlərlə sürücülər arasında yaranan insidentlər də aktual problemlərdən biridir.

Digər problemlərdən biri də taksilərin say çoxluğundan yollarda yaranan tıxac problemidir.
Tv Musavat-ın əməkdaşları da mövzu ilə bağlı araşdırma aparmaq üçün taksi sürücüləri ilə həmsöhbət olub, onların fikirlərini öyrənməyə çalışıb.