Taksi sürücülərindən əxlaqsız təklif alan xanımlar polisə müraciət edibmi? – RƏSMİ AÇIQLAMAbackend

Taksi sürücülərindən əxlaqsız təklif alan xanımlar polisə müraciət edibmi? – RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Son günlər sosial şəbəkələrdə paytaxtda bəzi taksi sürücülərinin xanım sərnişinlərinə müxtəlif məzmunlu, eləcə də əxlaqsız təkliflər etdikləri əks olunan videogörüntülər paylaşılır.
Bəs görəsən həmin xanımlar üzləşdikləri belə hallarla bağlı polisə şikayət ediblərmi?
TİA.AZ xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov mövzu ilə bağlı mətbuatın sualını cavablandırıb.
O bildirib ki, qeyd edilən görüntülər ictimailəşdikdən sonra DİN-in “102” Zəng Mərkəzinə, polis orqanlarına, eləcə də DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə xanım vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər, müraciətlər daxil olmaqdadır:
“Müraciətlərin hər biri qeydiyyata alınaraq barələrində müvafiq araşdırmalar aparılır və nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir”.