Tribuna İnformasiya Agentliyi

Tailandda Yeni il tətilində baş verən yol qəzalarında 236 nəfər ölüb

01 Yanvar

Tailandda Yeni illə əlaqədar bir həftəlik bayram tətilinin ilk dörd günündə baş verən 2194 yol qəzasında 236 nəfər ölüb, 2265 nəfər xəsarət alıb.

TİA.AZ Tailand KİV-lərinə istinadla xəbər verir ki, ən çox qəza Çyanq May və Naxon Ratkazima bölgəsində (müvafiq olaraq 79 və 77 qəza) qeydə alınıb. Baş verən qəzaların 42 faizi alkoqol qəbul etmiş sürücülər tərəfindən törədilib, 28 faiz qəza isə nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi nəticəsində baş verib. Ən çox qəzanı (80 faiz) motosikletlər törədib.

Bayram günlərində yol polisi yol hərəkəti qaydalarının pozulması ilə bağlı 177 mindən çox fakt aşkarlayıb.

Qeyd edək ki, Tailandda insanların “təhlükəli həftə” adlandırdığı Yeni il bayramı tətilində hər dəfə çoxlu yol qəzaları baş verir.