Tahir Əmiraslanov vəzifəsindən çıxarılmasından danışdıbackend

Tahir Əmiraslanov vəzifəsindən çıxarılmasından danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ötən gün Milli Kulinariya Mərkəzinin baş direktoru vəzifəsindən azad edilən Tahir Əmiraslanov açıqlama verib.
TİA.AZ xəbər verir ki, Tahir Əmiraslanov özünün “Facebook” səhifəsində yazaraq məsələyə münasibət bildirib.
O, qeyd edib ki, sözlərini yozmasınlar:
“Düzü heç bir açıqlama vermək istəmirdim. Amma dünəndən yüzlərlə jurnalist zəng edir. Zəhmət olmasa sözlərimi yozmayın. Azərbaycan Milli Kulinariya Mərkəzi dövlət qurumudur və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin nəzdindədir. Mərkəzin baş direktoru vəzifəsinə işə götürmək və işdən azad etmək Turizm Agentliyinin səlahiyyətinə aiddir. Onlar da mənı bu vəzifədən azad edib, Orxan Fikrətoğlunu təyin ediblər.
Mən Azərbaycan Milli Kulinariya Assosiyasiyası İctimai Birliyinin və Dünya Oslam Kulinariya Birçlyinin Prezidentiyəm və bu təşkilatlarən fəaliyyətlərini genişləndirməyə, onları irəli aparmağa çalışıram”.
Tahir Əmiraslanov Orxan Fikrətoğluna yeni işində uğurlar arzuladığını qeyd edib:
“Orxan Fikrətoğlunu çoxdan tanıyıram. Aramızda salam var. Ona yeni işində uğur arzulayıram”.
“Milli Kulinariya Mərkəzi və Milli Kulinariya Assosiyasiyası arasında sıx əməkdaşlıq haqqında daimi müqavilə var, müqavilə 2019- cu ildə yenilənmişdi. Müqaviləyə heç bir tərəf xitam verməyib. Müqaviləyə görə əməkdaşlıq davam edir. Həm Mərkəz, həm Assosiyasiya müqavilənı dəstəkləyir. Biz Dövlət və Milli maraqları, şəxsi və korparativ maraqlardan üstün bilirik. Başqa  jurnalist yozmalarına inanmayın”, deyə Tahir Əmiraslanov əlavə edib.