Tahir Əmiraslanov kitablarını buna görə yandırıbmış – Səbəbini açıqladıbackend

Tahir Əmiraslanov kitablarını buna görə yandırıbmış – Səbəbini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Milli Kulinariya Mərkəzinin keçmiş direktoru Tahir Əmiraslanovun kitablarını yandırması sosial şəbəkədə geniş müzakirələrə səbəb olub.

Bakupost.az xəbər verir ki, o, bunun səbəbini belə izah edib:
“Dostlar, bəzi kitablarımı yandırmağımla bağlı yüzlərlə rəy gəlir. Müxtəlif yozumları qarşılamaq üçün səbəbini açıqlayıram:

1. İnsanlarımızın kitab oxumamalarına və bununla ölkəmizi geri çəkmələrinə etiraz edirəm.
 
2. “National Geographic” kimi böyük bir resursda mətbəximiz təhrif edilir. Mətbəxi qorumaq üçün yaradılmış qurum bunu təkzib etmir, cavablandırmır. Buna etirazımı bildirirəm. Bunları yozmaq lazım deyil”.
Xatırladaq ki, Tahir Əmiraslanov illərdir yığdığı kulinariyaya aid yüzlərlə kitabı yandırıb.
Tahir müəllim bildirib ki, “ölkəmə lazim olmayan şeylərin üstündə niyə əsməliyəm ki?”.
Xatırladaq ki o bir müddət əvvəl Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri vəzifəsindən uzaqlaşdırılmış, əvəzinə Orxan Fikrətoğlu təyin edilib.