Tağıyevin heykəli bərpa edildi – FOTO,VİDEObackend

Tağıyevin heykəli bərpa edildi – FOTO,VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Hacı Zeynalabdin Tağıyevin Bakıdakı heykəli yenidən bərpa edilib.
TİA.AZ xəbər verir ki,  Hacı Zeynalabdin Tağıyevin “İçərişəhər” metrostansiyasının qarşısında quraşdırılan heykəlinin müəllifi, Xalq rəssamı Xanlar Əhmədovun işitrakı ilə heykəlin zədələnən hissəsi bərpa edilib.

Qeyd edək ki, DİN Mətbuat Xidmətindən bildirilib ki, Səbail RPİ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən şəxslər – 1991-ci il təvəllüdlü Vüqar Tağızadə, 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli müəyyən olunaraq saxlanılıb. Qeyd olunan hərəkətlərdə xuliqanlıq, tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama əməlinin tərkib əlamətləri olduğundan fakta görə Səbail RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-cü (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə cinayət işi başlanılıb.